FED.az xəbər verir ki, InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Almaniya və Avrozonaya dair fundamental göstəricilərin, xüsusilə də Amerika ilə müqayisədə pisləşməsi və risklərin artması, EURUSD məzənnəsinin keçən həftə ərzində 0.7% ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, avro 1.22$-ın altında qaldıqca, ucuzlaşma 1.2060$-a kimi davam edə bilər.
Bununla yanaşı, ABŞ-dan çərşənbə günü Bakı vaxtı ilə saat 17:30-da inflyasiya və cümə günü həmin vaxtda pərakəndə satış dövriyyəsi ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də diqqət mərkəzində saxlanılmalıdır.
Cümə axşamı FED sədrinin açıqlamaları da vacib rol oynayacaqdır.
GBP.
GBPUSD məzənnəsi üzrə təhlillər də mənzərinin eyni olduğunu göstərir. Funt sterlinq 1.35$-ın altında qaldıqca, 1.33$-a kimi ucuzlaşa bilər.
Bu istiqamətdə Amerika ilə yanaşı, cümə günü saat 11:00-da açıqlanacaq İngiltərənin ticarət, sənaye və iqtisadi inkişafı ilə bağlı göstəriciləri də önəmlidir.
TRY.
TCMB-nin faiz siyasəti fonunda lirə bahalaşsa da, inflyasiyanın 15%-ə yaxınlaşması ilə bağlı dərc edilən göstəricilər trendin zəifləməsinə səbəb olmuşdur. Hazırda 7.40TL-nin altında dalğalanan USDTRY məzənnəsinin cari həftə ərzində 7.50 - 7.30TL aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.
Bu həftə ərzində Türkiyədə işsizlik və daxili bazarda ticarət dövriyyəsi ilə yayımlanacaq statistika məlumatlarda investorlar tərəfindən böyük maraqla gözlənilir.
OIL.
“OPEC Plus” tərəfindən hasilatın azaldılması qərarının verilməsindən sonra dünya enerji bazarlarında neftə olan tələbin artacağı ehtimalları, qiymətlərin 56$-a kimi dəyər qazanmasına səbəb olub və 55$-ın üzərində qaldıqca, 60$-a kimi bahalaşacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Foreks bazarlarında dolların bahalaşması, əlvan metallar bazarlarında qızılın dəyər itirməsinə səbəb olub. Lakin ucuzlaşma trendinin yavaşlaması amili Asiya sessiyasında qiymətin dəstək görməsinin dayanıqlı ola biləcəyini proqnozlaşdırmağa əsas verir. Bununla bir unsiya üzrə qiymət 1857$-ı (59.7 $/qram) da yuxarı istiqamətdə qırarsa, yenidən sürətli bahalaşma dalğası müşahidə edilə bilər. Əks təqdirdə, sözügedən səviyyənin altında qalan qiymətin, 1764$-a (56.7 $/qram) kimi ucuzlaşacağı proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.