Dünyanın kriptovalyuta bazarı bir neçə gün əvvəl baş verən düşüşün nəticələrini yaşayır.
Bitkoin və kriptovalyutalar - KƏSKIN DÜŞDÜ – YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, ötən gündü nisbi dirçəlişə baxmayaraq kriptovalyutaların əksəriyyəti, başqa əsas valyuta Bitkoin olmaqla hələ də qırmızı zonadıdır – yəni son 24 saatda enmə nümayiş etdirirlər.
Əvəzində iki koin - adı İlon Mask-la bağlanan «Dogecoin» (DOGE) və «Stacks STX» artım nümayiş etdirir.
«Dogecoin» ümumiyyətlə son günlər ildırımsürətli artımdadır – son sutkada bu kriptovalyuta 25%, son bir həftədə 5,6 dəfə bahalaşaraq 7,4 sentdən 41,5 sentə yüksəlib.
Son bir ayda «Dogecoin» 7 dəfə, son bir ildə isə ümumiyətlə 205 dəfə bahalaşıb. Ötən il bu vaxt «Dogecoin» cəmi 0,2 sent idi. Bəzi ekspertlər onun yaxın vaxtlarda 1 dollara yüksələcəyini bildirirlər, amma bu proqnozun dəqiqliyi şübhəlidir.
Hələlik isə ratım nəticəsində «Dogecoin» bazar həcmini 53,5 milyard dollara qaldıraraq «Ripple»dən sonra 5-ci yerə yüksəlib.
«Stacks STX» koininin qiyməti son bir həftə ərzində deimək olar ki, dəyişməsə də, (2,4-2,6 dollar ətrafındadır), son bir sutka ərzində 19% bahalaşaraq geriləməni tamamilə aradan qaldırıb.
Əvəzində digər koinlərdə sutkalıq enmə göstəriciləri davam edir. Belə ki, aprelin 14-də 64 642 dollarda rekord vuran Bitkoin indi 9 min dollar uxuz – 55 min dollara ticarət edilir. Son 24 saatda bitkoin daha 1500 dollar ucuzlaşıb.
Digər ümidverici kriptovalyuta - «Ethereum» son bir həftəlik ucuzlaşmanı aradan qaldırsa da (2136 dolllar və ya bir həftə əvvəlki qiymətədir), gündəlik enmə 6%-ə yaxındır. Son sutkada bu kriptovalyuta 110 dollar ucuzlaşıb.
Kriptovalyutalar birjasının öz koini olan «Binance coin»də ucuzlaşmaqda davam edir. Hazırda qiymət 502 dollardır, sutkalıq ucuzlaşma 6,7%, həftəlik ucuzlaşma 12% təşkil edir.
«Ripple» də təxminən eyni vəziyyətdədir, hazırda Ripplenin qiyməti 1,3 dollardır, sutkalıq ucuzlaşma 11%, həftəlik 10% təşkil edir.
Ümumiyyətlə, hazırda bazar həcminə görə, ilk 100 kriptovalyutadan 90-ı ucuzlaşmaqdadır.
Ən maraqlısı odur ki, kriptovaluyta bazarı üzrə ekspertlər bildirir ki, yaxın vaxtlard bazarda daha böyük enmə, o cümlədən bitkoinin təqribən ikiqat azalması baş verə bilər. Amma bu proqnozların da dəqiqliyi şübhəlidir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.