Azərbaycanda dövlət satınalmaları çərçivəsində bağlanan tikinti müqavilələrinin 40 %-dən çoxunda icra müddətində dəyişikliklər edilir və bu dəyişikliklər tender şərtlərinə uyğun olmur.
Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.
Onun sözlərinə görə, aparılan təhlillər dövlət satınalmaları sahəsində bir sıra problemlərin qaldığını göstərir: "Dövlət satınalmalarına dair tikinti müqavilələrinin 40 :-dən çoxunda icra müddətində edilmiş dəyişikliklər aparılır və bu dəyişikliklər tender şərtlərinə uyğun və satınalanların xeyrinə deyildir. Elektron qaydada keçirilən açıq tenderlərdə formalaşan qiymətlərin bəzi hallarda eyni predmet üzrə bir mənbədən bağlanan müqavilələrin qiymətindən yüksək olması da narahatlıq doğuran məqamlardandır".
V. Gülməmmədov bildirib ki, 2025-ci ildə satınalmaların sayı 52 %, məbləği isə 43 % artıb: "Azərbaycanda dövlət satınalmalarının həm sayı, həm də ümumi məbləği üzrə əhəmiyyətli artımın qeydə alındığını göstərir. 2023-cü illə müqayisədə 2025-ci ildə dövlət satınalmalarının sayı təxminən 52 %, ümumi məbləği isə 43 % artıb. Bu artım dövlət satınalmalarının həcminin genişləndiyini və büdcə xərclərinin icrasında satınalma mexanizmlərinin rolunun gücləndiyini göstərir". (Report)














