2025-ci ildə Bakının bütün rayonlarında qeyri-yaşayış obyektlərinin qiyməti artmaqda davam edib.
Ən çox bahalaşma bünövrədən tikilən ”novostroyka”larda baş verib
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.
Məlumata görə, ötən il obyektlərin qiymətinin ən çox artımı Nərimanov və Nəsimi rayonlarında baş verib.
Belə ki, 2024-cü ilin sonunda Nərimanov rayonunda obyektlərin orta qiyməti 1 kvadratmetr üçün 4 187 manat olduğu halda, 2025-ci ildə bu rəqəm 1 161 manat və ya 25,3% artaraq 5 248 manata yüksəlib.
Nəsimi rayonunda isə 2024-cü ilin sonunda obyektlərin orta qiyməti 4200 manat olduğu halda, 2025-ci ildə bu rəqəm təqribən 1000 manat artaraq 5 185 manata yüksəlib.
Yasamal rayonunda qeyri-yaşayış obyektlərinin bir kvadrat metri 2024-cü ilin dekabr ayında 6 348 manat idisə, ötən ilin dekabrında qiymət 7 699 manat bərabər olub. Yəni bir ildə qiymətlər 1 352 manat və ya 21,3% bahalaşıb.
Bakıda obyektlərin ən yüksək qiymətə satıldığı rayon isə Səbail rayonudur. 2025-ci ildə Səbaildə qeyri-yaşayış obyektlərinin bir kvadrat metri 1 236 manat, yaxud da 17,8% bahalaşaraq 8 191 manata çatıb.
Hələlik Bakıda ən ucuz obyektlər Qaradağ və Pirallahı rayonlarındadır. Ən az bahalaşma da bu rayonlarda baş verib. Qeyri-yaşayış obyektlərinin bir kvadrat metri Qaradağ rayonunda 168 manat (8,7%) bahalaşaraq 2 101 manata, Pirallahı rayoununda 106 manat (5,5%) bahalaşaraq 2 025 manata çatıb.
Bakı rayonlarında qeyri-yaşayış obyektlərinin bir kvadrat metr üçün qiyməti və qiymət artımı aşağıdakı cədvəldə qeyd olunub:










