Azərbaycanda dövlət qurumlarının xətti ilə aparılan tikinti işlərinin həyata keçirilməsi üçün agentliyin və ya komitənin yaradılması təklif olunur.
FED.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Razi Nurullayev çıxış edib.
"Hazırda müxtəlif nazirliklərin, komitələrin demək olar ki, əksər dövlət qurumlarınını tərkibində tikinti şöbələri var. Bilmirəm bu sovetlərdən qalma ənənədir və ya sonradan formalaşıb.
Dövlət qurumları öz vəzifələrini unudub tikinti yarşına girib. Təklif edirəm ki, aidiyyatsız dövlət qurumlarındakı tikinti şöbələri ləğv edilsin, onların yerinə ayrıca agentlik və ya komitə yaradılsın ki, onlar tikinti ilə məşğul olsun", - deputat vurğulayıb. (Report)