“Bəzi qadağan olunmuş yerlərdə tikilən evlərə çıxarışların verilməsi nəzərdə tutulmur”.
Əmlak bazarına təsir edən qərar: Çıxarışı olan evlər bahalaşacaq - VİDEO
FED.az xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, həmin ərazilərə yüksək gərginlikli elektrik naqillərinin altında tikilən, dəmiryolu infrastrukturlarının yaxınlığında yerləşən, neft kəmərlərinin, su və qaz borularının tam üzərində tikilən evlər və s. daxildir:
“Qanunvericilikdə qeyd etdiyimiz ərazilərdə hər hansısa bir əmlakın tikintisi qadağandır. Amma digər tərəfdən qiymətləndirmə də aparılmalıdır. Məsələn, əgər yüksək gərginlikli elektrik naqillərinin altında böyük bir yaşayış məntəqələri salınıbsa, bu zaman elektrik naqilinin dəyişilmə xərci ilə ərazinin köçürülmə xərci müqayisə edilir. Hansı daha aşağı xərclə başa gəlsə, o da reallaşdırılır. Bundan əlavə, vulkanik dağların ətrafında yerləşən evlərə də çıxarışlar verilmir. Bu da həmin ərazilərdə məskunlaşanlarda bir sıra problemlərə səbəb olur. Uzun illərdir vətəndaşlar orada evlərini tikib yaşayıblar, amma həmin ərazidə nə ünvan ala bilirlər, nə də qeydiyyata düşə bilirlər. Bu evlər köçürülmürsə, orada yaşayan şəxslərə yaşama hüququ tipli bir sənəd verilməlidir. Belə olduqda vətəndaşlar əmlak və torpaq vergisi ödəyə və əmlaklarını sığortalaya bilərlər”. (İqtisadiyyat.az)