Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.
Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanda bütün ölkə ərazisində elektrik kəsintiləri yaşanıb.














