Bu ilin 30 iyun tarixinə Əmanətlərin Sığortalanması Fondunun investisiya portfelinin qalıq dəyəri 119,6 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova "Milli Mətbuat Günü: Dialoq və Əməkdaşlıq Forumu"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, investisiya portfelinin 62%–i manatla, 31%-i dollarla, 7%-i avro ilə edilmiş investisiyalardır.
"Ümumiyyətlə 2022-ci ilin sonunda Fondun investisiya portfelinin ümumi həcmi 42,9 milyon manat olub. Bunun 30 milyon manatı dövlət istiqrazlarında, 12,9 milyon manatı isə ABŞ Xəzinədarlıq notlarında və veksellərində yerləşdirilmişdi. 2026-cı ilin II rübünün sonuna isə investisiya portfelinin həcmi 119,6 milyon manata çatıb. Beləliklə, portfelin həcmi 2022-ci illə müqayisədə təxminən 3 dəfəyə yaxın artıb", - deyə o, əlavə edib.















