Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklar üzrə ödənilmiş toplam kompensasiya məbləği 1 milyard 729,9 milyon manat olub.
Depozit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
Depozit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (2025/30.06.2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova "Milli Mətbuat Günü: Dialoq və Əməkdaşlıq Forumu"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda ləğv prosesində 19 bank var və bu banklarda kompensasiya ödənilmiş şəxslərin sayı 63 min 888 nəfərdir.
Hazırda ölkə banklarındakı əmanətlərin qrunması səviyyəsinə toxunan Sevinc Səlimova bildirib ki, fiziki şəxslərin banklardakı əmanətlərinin 83%-i və ya 14 milyard 735 milyon manatı qorunan əmanətlər, 17%-i və ya 3 milyard 14 milyon manatı isə qorunmayan əmanətlərdir:
"Ölkədə ümumi əmanətçi sayı 11 milyon 602 min nəfərdir. Onların 99,76%-ni və ya 11 milyon 574 min nəfərini qorunan əmanətçilər təşkil edir. Digər kateqoriyalara aid əmanətçilərin sayı isə 0,6 min nəfər və ya ümumi sayın 0,01%-i səviyyəsindədir.
Sahibkarlıq subyektlərinin hesablarındakı 20 min manata qədər olan vəsaitlər, yəni qorunan depozitlər isə 197 milyon manatdır və bu banklardakı bütün depozitlərin ümumi həcminin 1,3%-ni təşkil edir. Notariusların depozit hesablarına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlərin həcmi isə 49 milyon manat və ya ümumi məbləğin 0,3%-i təşkil edir".
ƏSF nümaynədəsi xatırladıb ki, qorunan əmanətlərin 76,3%-i milli valyutada, 23,7%-i isə xarici valyutadadır.
Xatırladaq kİ, hazırda qorunan əmanətlər üzrə maksimal illik faiz həddi manat əmanətləri üçün illik 12%, xarici valyutada yerləşdirilən əmanətlər üçün isə 2,5% təşkil edir", - deyə o, əlavə edib.















