İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 4,2 milyard manat, məcmu kapitalı isə 1,4 milyard manat təşkil edir.
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri İpoteka və Kredit Zəmanət fondunun baş meneceri Rasim Abdullayev jurnalistlər üçün keçirilən təlimdə bildirib.
Onun sözlərinə görə, Fond fəaliyyət dövrü ərzində (2005-ci ildən etibarən) bütün illəri mənfəətlə başa vurub, bugünə cəmi mənfəəti (kapital ehtiyatları) 201 milyon manat təşkil edib.
“Dövriyyədə olan istiqrazlarının həcmi 2,7 milyard manatdır. 2009-cu ildən bügünədək 1,2 milyar manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib. Fond tərəfindən istiqraz sahiblərinə 389,4 milyon manat məbləğində faiz ödənişləri həyata keçirilib”, - deyə o, əlavə edib.














