Restoranlarda depozit tələbi sifarişin həcmindən asılı olmayaraq müəssisənin əvvəlcədən müəyyən etdiyi məbləğ əsasında tətbiq olunur.
Hansı bankın kartı ilə restorana getmək daha sərfəlidir? - BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (İyun, 2026)
FED.az xəbər verir ki, sözügedən məsələni tənzimləyən müddəa Azərbaycan qanunvericiliyində yoxdur.
Lakin bu proses Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları çərçivəsində tənzimlənir.
Mülki Məcəllənin müvafiq maddəsinə görə, fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda (şifahi razılaşma - red) sərbəstdirlər. Onlar qanunvericiliyə zidd olmayan istənilən şərtləri müqavilədə müəyyən edə bilərlər. Bu o deməkdir ki, restoran və müştəri masa sifarişi zamanı əvvəlcədən depozit ödənilməsi barədə razılığa gəlirlər.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, istehlakçıya xidmət barədə tam və düzgün məlumat verilməlidir. Buna görə də restoran depozitin məbləği, hansı hallarda geri qaytarılacağı və ya qaytarılmayacağı barədə müştərini əvvəlcədən məlumatlandırmalıdır.
Əgər depozitin qaytarılmaması və ya digər şərtlər əvvəlcədən bildirilməyibsə və sonradan tətbiq edilirsə, bu, istehlakçının məlumat almaq hüququnun pozulması kimi qiymətləndirilə bilər.















