2027-ci ildən etibarən Əmanətlərin Sığortalanması Fondunun 2 xidməti "MyGov"a inteqrasiya olunacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Əmanətlərin Sığortalanması Fondunun İT departamentinin Sistem inzibatçılığı və proqramlaşdırma şöbəsinin müdiri Fərid Şirinov "Milli Mətbuat Günü: Dialoq və Əməkdaşlıq Forumu"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq 2027-ci ildən etibarən Fonda kreditor müraciətləri və vətəndaş müraciətləri "MyGov" üzərindən mümkün olacaq.















