“Bakı Ağ Şəhər”də Babək kvartalında çoxfunksiyalı qeyri-yaşayış, ictimai və yaşayış binalarının inşası planlaşdırılır.
Prezident “Bakı Ağ Şəhər”də olub - FOTOLAR - YENİLƏNİB
FED.az xəbər verir ki, ərazisi 31 hektar olan kvartalda yeni park, məktəb binası, metronun bənövşəyi xəttində yeni stansiya, sərnişinlərin rahat hərəkəti üçün böyük nəqliyyat qovşağının inşası nəzərdə tutulur.
Ərazidə kafelər, uşaq oyun meydançası və digər sosial infrastruktur yaradılacaq. Bundan başqa, yaxınlıqda 2, 3, 6, 8 və 20 mərtəbəli binalar tikiləcək.










