Dünyanın elektronika malları bazarının liderlərindən biri, Cənubi Koreyanın «Samsung» şirkətinin rəhbğərliyi 6 günlük iş həftəsinə keçmək barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, şirkətin açıqlamasına görə, buna səbəb mürəkkəb iqtisadi vəziyyət, neftin bahalaşması, kredit faizlərinin artması və yerli valyutanın ucuzlaşmasıdır.
Nəticədə «Samsung Group»un rəhbərliyi 6 günlük iş həftəsinə keçməyi qərara alıb.
«2023-cü ildə bizim əsas şirkətlərin göstəriciləri gözləntiləri doğrultmadığına görə, biz rəhbərlər üçün 6 günlük iş rejiminə keçirik» - deyə açıqlamada bildirilir.
Beləliklə, «Samsung Electronics»in rəhbərliyi, o cümlədən istehsal və satış əməkdaşlarıhəftədə 6 gün işləyəcəklər, onların istirahət günü ya şənbə, ya da bazar günü olacaq.
Qeyd edək ki, 2023-cü ildə «Samsung Electronics»ın əməliyyat zərəri 11 milyard dolları keçib.
«Samsung Display», «Samsung Electro-Mechanics» və «Samsung SDS» şirkətləri də eyni qrafiklə işləyəcəklər.