Nədən başlayaq? Niyə Python? Bəlkə Python haqqında başqa sualınız var?
İnnovasiyalar Agentliyində təlimçi Cavidan Həsənli ilə “Python” proqramlaşdırma dilinin əsasları mövzusunda “meetup” keçiriləcək.
“Meetup”-ın əhatə edəcəyi mövzular:
• Python proqramlaşdırma dilinin tarixçəsi;
• Python proqramlaşdırma dili ilə qısaca tanışlıq;
• Python proqramlaşdırma dilinin istifadə sahələri;
• Python ilə web: Flask Framework və Django framework ilə tanışlıq və bunların istifadə mövqeləri.
• Python ilə praktika: Django framework -un tətbiqi
Harada: İnnovasiyalar Agentliyi
Nə vaxt: 7 dekabr, 11:00
Cavidan Həsənli Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Mover.az-da Python Web Developer vəzifəsində, “Tech Academy” də mentor olaraq çalışıb. Bir çox "meetup"larda spiker kimi çıxış edib.
İştirak pulsuzdur. Qeydiyyat üçün anketi doldurmağınız vacibdir: