İlon Maskın peyk üzərindən internet porovayderi «Starlink» Ukraynalı istifadəçilər üçün aylıq istifadə haqqını yüksəldib.
Gələn ildən Azərbaycanda İlon Maskın - «STARLİNK» İNTERNETİ İŞLƏYƏCƏK
FED.az xəbər verir ki, dekabrın sonundan etibarən 1 aylıq internet istifadə haqqı 60 dollardan 75 dollara yüksələcək.
Şirkət bunu internet avadanlıqlarının bahalaşması, qiymətlərin 500 dollardan 700 dollara yüksəlməsi ilə izah edir.
Xatırladaq ki, hazırda Ukrayna ərazisinin böyük hissəsi məhz «Starlink» internetindən istifadə edir. İndiyədək ölkəyə bu məqsədlə 20 mindən artıq Starlink terminalı gətirilib. Bir terminala qulluq ayda 2,5-4,5 min dollar arasında dəyişir.