Azərbaycanın internet istifadəçiləri artıq gələn ildən Amerikalı milyardçı, İlon Maska məxsus olan peyk interneti şirkəti – «Starlink»in internetindən istifadə edə biləcəklər.
FED.az xəbər verir ki, bu barədə «Starlink» şirkəti məlumat yayıb.
Eləcə də bax: İlon Maskın «Starlink» interneti - TƏYYARƏDƏ İŞLƏMƏYƏ BAŞLADI – 100 MEQABİT
Şirkətin gələcək planlar - internet şəbəkəsinin əhatə dairəsinin genişlənməsi ilə bağlı açıqlamasında göstərilir ki, 2023-cü ilin 1-ci rübündə Azərbaycanda peyk internet şəbəkəsi işə düşəcək.
Gürcüstanda bu şəbəkə bir qədər tez – bu ilin sonunadək, Ermənistanda isə 2023-cü il ərzində fəaliyyətə başlayacaq.
«Starlink» şəbəkəsinin Türkiyədə fəaliyyətə başlayacağı vaxt hələ məlum deyil, Rusiya və İranda isə ümumiyyətlə işləməyəcəyi bildirilib.
Əvəzində indi bu şirkətin orbitdəki minlərlə peyk vasitəsilə yaratdığı internet şəbəkəsi Avropanın böyük hissəsində, eləcə də Ukraynada fəaliyyət göstərir.