Bu il iyunun 1-nə Azərbaycanda bank müştəri hesablarının sayı 58 milyon 693 min 78 ədəd təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,07% çoxdur.
Hesabat tarixinə, bank müştərilərinin sayı isə 16 milyon 555 min 47 nəfər olub.















