Dövlət Turizm Agentliyinin (DTA) Kollegiyası "Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları"nı təsdiqləyib.
Sədr: "Turizm sahəsində uğurun qiymətləndirilməsi meyarları dəyişir"
FED.az xəbər verir ki, bununla bağlı DTA-nın sədri Fuad Nağıyev qərar imzalayıb.
Qərara əsasən, mehmanxana (hotel) yalnız müvafiq ulduz kateqoriyası (dərəcəsi) üzrə bütün məcburi meyarlara cavab verdikdə və həmin dərəcə üçün müəyyən edilmiş minimal bal topladıqda həmin kateqoriyaya uyğun hesab olunacaq.
Belə ki, "1*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 51-dən 53-ə, "2*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 58-dən 56-ya, "3*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 80-dən 77-yə, "4*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 97-dən 96-ya, "5*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 118-dən 119-a çatıdırlıb.
Bundan başqa, minimal bal tələbi və üstünlük dərəcəsi (superior) üzrə bal tələbləri isə bütün ulduz kateqoriyaları üzrə dəyişdirilməyib.















