Prezident İlham Əliyev Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Aydın Münsüf oğlu İbadov Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.