Banner

İdman

Vergilər Nazirliyi futbol klubunda yoxlamalar aparır

Vergilər Nazirliyi futbol klubunda yoxlamalar aparır | FED.az
13:57 26 Fev 2019

Çempionatda bərbad mövsüm keçirən “Keşlə”də daxili vəziyyət də ürəkaçan deyil. FED.az xəbər verir ki, klubun maddi problemləri mövcuddur. 

Məhz bu səbəbdən transferlərdə daha az ödənişli futbolçulara üstünlük verilib. Lakin problemlər bununla bitmir. 

Əldə etdiyimiz digər məlumata görə, Vergilər Nazirliyi də klubun apardığı maliyyə əməliyyatlarını yoxlayır, klub rəhbərliyindən xərclənən pulların hesabatları soruşulur. 

Bundan başqa, transferlərə gedən pulların da hamısının hesabatları tələb edilir. Hazırda nazirliyin yoxlamaları davam edir. 

Qeyd edək ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundovdur. 

Eləcə də bax: Azərbaycanda oynayan ən bahalı futbolçular - SİYAHI

Digər xəbərlər

Banner