Banner

İdman

Sabah Bakıda Boulinq üzrə Azərbaycan çempionatı başlayır

Sabah Bakıda Boulinq üzrə Azərbaycan çempionatı başlayır | FED.az
12:29 2 Fev 2019
Sabah Bakıda Boulinq üzrə Azərbaycan çempionatının V turu başlayır.
FED.az xəbər verir ki, Azərbaycan Boulinq İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionat ONTOP Boulinq idman və əyləncə mərkəzində baş tutacaq.
Çempionat 2 liqa üzrə keçiriləcəkdir -  A liqası peşəkarlar, B liqası həvəskarlar.
A liqasında federasiya üzvləri və boulinq ilə peşəkar məşğul olan şəxslər iştirak etmə hüququ qazanır.
B liqasında isə istənilən, maraqlı olan şəxslər iştirak edə bilər. İştirak etmək üçün Boulinq Federasiyasına və yaxud ONTOP Boulinq idman və əyləncə mərkəzinə müraciət etməlidir.
Çempionat açıq xarakterlidir, istənilən şəxs qatıla bilər.
Çempionat hər il keçirilir və qalib olan şəxs ölkəmizi beynəlxalq yarışlarda təmsil etmə hüququ qazanır.
Çempionatın Sponsorları:
Baş Sponsor "Qala Sığorta" və "Qala Həyat Sığorta Şirkəti" ASC
Sponsorlar-KATV və Part-A-Part şirkətləridir.
Tədbirin baş media tərəfdaşı FED.AZ bines maliyyəı portalıdır 

 

Digər xəbərlər

Banner