Fanfarlar
1892-ci ildə fransız pedaqoqu və tarixçisi Baron de Kubertin Olimpiya Oyunlarının bərpa olunmasına səslədi və ümid etdi ki, həmin oyunlar sülhü təşviq edəcək və qəti konservativ siyasi məqsədlərə çatmaqda kömək edəcəkdir. De Kubertin həmin oyunları mərdanəlik ideallarını irəli çəkməyin bir vasitəsi kimi nəzərdən keçirirdi. O, hesab edirdi ki, qadın idmanı “insan gözünün görə biləcəyi” ən qeyri-estetik idmandır və belə oyunlar yalnız kişilər üçün yaradılmalıdır.
Devid Qoldblatın da yeni iddialı araşdırmasında da göstərdiyi kimi Olimpiya oyunları hər zaman siyasətlə qarışırdı. Beynəlxalq olimpiya komitəsi (IOC) öz əsas konservatizmindən heç zaman boyun qaçırmamışdır. Tayvan BMT-dən çox Olimpiya oyunlarında öz yerini uzun müddət qoruyub saxlamışdır. 1928-1968-ci illərdə qadınlar arasında 200 metrdən çox məsafəyə qaçış yarışları keçirilməmişdi, çünki əks halda qadınlar çox yorğun görünəcəkdilər. Bu da qadınların Olimpiya oyunlarında yarışan atletlərin beşdə birini təşkil etməsinə qədər, yəni 1984-cü ilə qədər davam edir.
Meksikada 1968-ci ildə iki afroamerikalı atlet Tomi Smit və Con Karlos 200 metrəyə olan qaçışda medallar udaraq “Qara Qüvvə” salamlamasını etdi. Bundan dərhal sonra Olimpiya Komitəsinin sədri Eyveri Brandeyc deleqasiyanın atletləri xaric etməsini, uzaqlaşdırmasını tələb edir və onlar uzaqlaşdırılır. Öz aparteid siyasətinə görə Cənubi Afrika 1964-cü ildə Olimpiya oyunlarından uzaqlaşdırılır. Lakin 1968-ci ildə etirazlara görə geri çəkilməyə məcbur olmazdan əvvəl Komitə ölkə ilə bağlı vəziyyətə aydınlıq gətirir. Bütün hallarda Olimpiya oyunları dövlətlər tərəfindən manipulyasiya edilirdi.
Xam maliyyə şəraitində oyunların keçirilməsi fəlakətdir: 2004-cü ildə Afinada keçirilən oyunlar yunan hökümətinə təxminən 16 milyard dollara başa gəldi (ümumi ölkə borclarının təxminən 5%-i) və ölkədə inşa edilən üzgüçülük kompleksi hazırda da istifadəsiz qalmaqdadır.
Cənab Qoldblatt hesab edir ki, 2-ci Dünya Müharibəsi və 2012-ci illər arasında keçirilən 17 olimpiya turnirindən yalnız biri (1984-cü ildə Los Ancelesdə keçirilən turnir) faktiki olaraq gəlir əldə edirdi. Bundan başqa, oyuna sahiblik edən təşkilatçı ölkənin daha idmanpərvər olması barədə irəli sürülən fikrin heç bir əsası yoxdur. Məsələn, Britaniyada 2012-ci ildə Olimpiya oyunları keçirilənə qədər daha çox adam idmanla məşğul olurdu, nəinki bu oyunlar keçiriləndən sonra.
İdmanın digər qaranlıq tərəfi isə ondan ibarətdir ki, bir çox idmançılar öz milli Olimpiya komitələrinin iradəsilə stimulyator həblərindən istifadə edirlər. Bu tipli fırıldaqlar 1930-cu ildən başlayır (bəlkə də daha tez). Halbuki Olimpiya Komitəsi 1968-ci ilə qədər dopinq testini tətbiq etmirdi. 1912-ci ildə Kubertin poeziya müsabiqəsi yaradır və özü yazdığı şeirin qalibini seçir. Həmin şeirin sözlərinə “İdman özü hakimdir” kəlməsi daxildir. Olimpiya oyunları ilə bağlı onun npqteyi-nəzəri heç zaman dəqiq olmamışdır və insana elə gəlir ki, oyunlar indi əvvəllər heç vaxt olmadığı qədər təhlükəyə məruz qalır.
Mənbə: www.economist.com