Sahibkarlar "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırıb.
Azərbaycanda müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə - İCAZƏ VERİLMƏYƏCƏK
FED.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Dövlət Proqramı çərçivəsində keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, bu günə kimi dövlət başçısının çağırışına qoşulan sahibkarlar proqram çərçivəsində müxtəlif layihələrə ümumilikdə 240 milyon manat investisiya yatırıb: "Qoyulan investisiyalar kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində istehsal və emal imkanlarının genişləndirilməsinə, yeni müəssisələrin yaradılmasına və məşğulluğun artırılmasına xidmət edir. Dövlət Proqramının əsas məqsədlərindən biri ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın artırılması və ixrac potensialının genişləndirilməsidir. Dövlət və özəl sektorun birgə fəaliyyəti nəticəsində qarşıdakı illərdə aqrar sahədə daha böyük nəticələrin əldə olunacağı gözlənilir". (Report)














