Hüseynağa bəy, boulinqin tarixi barədə məlumat verməyinizi xahiş edirik ?
Boulinqin dəqiq kəşf tarixi və harada icad edildiyi bilinmir. Buna baxmayaraq 1930-cu ildə ingiltərəli antropoloq Flinders Petri Misir ehramlarında boulinqin primitiv kolleksiyasını tapır. Buna əsaslanaraq boulinqin yaranması məhv e.ə 5000-ci il Misir ərazisi qeyd olunur.
İnsanları bu oyuna cəlb edən nədir?
Boulinq həm idman, həm də əyləncə növü sayıldığından insanlarda maraq oyadır. Bir olmaq dəyərini yüksəldir, özünü təsdiq imkanı yaradır, informasiya mübadiləsi aparılır.
Bu oyunun üstünlüyü ondadır ki, boulinqi hər kəs oynayır. Uşaqların oynaması üçün xüsusi sərhədli yollar mövcuddur. Bolinq oyunu yaş məhdudiyyəti tanımır, deyərdim. Eləcə də fiziki qüsürlü insanların oynaması üçün xüsusi vasitələr mövcuddur.
Boulinq oyunu tarixində ölüm halları olubmu?
Digər idman növləri ilə müqayisədə boulinq idman növü nisbətən az dinamikalı və intensivlik sürəti aşağı olduğundan zədə alma səviyyəsi aşağı olur. Ümumiyyətlə bu oyunda ölüm hallarına təsadüf edilməyib.
Hüseynağa bəy, Azəbaycanda bolulinq oyununa maraq nə vaxtdan kütləviləşdi?
Ölkəmizdə boulinqin inkişafı müstəqilliyimiz dövrünə təsadüf edir. Azərbaycan Boulinq İdman Federasiyası bu idman növünün inkişaf etdiyirilməsində müstəsna rol oynamışdır.
ONTOP Boulinq idman və əyləncə mərkəzi federasiya üzvi olaraq həm peşəkar, həm də həvəskar turnirlərə ev sahibliyi edir. Hər il müxtəlif turnirlər təşkil olunur. Eləcə də bir çox şirkətlər öz korpotiv tədbirlərini, yarışmalarını ONTOP boulinqə həvalə edirlər.
Bunlarla yanaşı məktəblilərin doğum günlərini unudulmaz şəkildə qeyd etmələri üçün xüsusi təkliflərimiz mövcuddur. Təklifə boulinq, oyun simulyatorları, restoran, foto xidməti və digər surprizlər daxildir.
Korporativ müştərilər üçün məhz ONTOP Boulinq?
- Proaktiv Project Menecment: layihələr üzrə cavabdehlik;
- Professional Mexanik: turnir üçün yolların tam işlək olması;
- Ən yeni avadanlıq: komfortlu şərait;
- Yüksək keyfiyyətli Restoran: nəfis tərtibatlı qəlyanaltılar;
- Professional xidmət heyəti: fasiləsiz xidmət;
- Professional təlim-məşq xidməti: oyun öncəsi turnirə hazırlıq.
“ONTOP”la bağlı gələcək planlarınız nədən ibarətdir?
ONTOP boulinq özünün inkaşaf dövrünü yaşayır. Hər il daha da təkmilləşirik, peşəkarlıq səviyyəmizi yüksəldirik. Növbəti ildə hər bir yaş təbəqəsi üzrə yeni aksiyalarımızın olacağı gözlənilir.
Əsas hədəfimiz məhz korporativ müştərilər olacaq ki, onlar üçün xüsusi təkliflərimiz olcaqdır. Bu imkanlardan şirkət işçiləri fərdi olaraq da yaralana biləcəklər.
Hüseynağa bəy, müsahibə üçün təşəkkür edirik
Mən də təşəkkür edirəm. FED.az saytı çox qısa zamanda fəaliyyətə başlamasına baxmayaraq artıq ölkədə ən çox oxunan biznes-maliyyə saytlarından birinə çevrilib. Peşəkar komandaya uğular arzulayıram.