İdman

Gəlirlərinin 10 faizini futbola sərf edən şirkətlər vergidən azad olunacaq

Gəlirlərinin 10 faizini futbola sərf edən şirkətlər vergidən azad olunacaq | FED.az
14:01 4 Mart 2019

Apreldə təşkili nəzərdə tutulan vergilərlə bağlı konfransa UEFA nümayəndəsi də dəvət olunacaq.

FED.az xəbər verir ki, bu barədə milli assosiasiyanın baş katibi Elxan Məmmədov açıqlama verib.

O bildirib ki, iclasda yerli və xarici şirkətlərin iştirakı nəzərdə tutulub. Baş katib Vergilər Nazirliyinin güzəştlərindən futbolda da yararlanmaq istədiklərini diqqətə çatdırıb: "Şirkətlər gəlirlərin 10 faizini futbola sərf edərək, vergidən azad olunacaqlar. Əvvəllər belə imkan yox idi. İndi isə bu dəyişiklikdən sonra əlavə mənbələrin gəlişi imkanı olacaq".

Eləcə də bax: AFFA 2018-in maliyyə hesabatını açıqlayıb

Digər xəbərlər

Banner