İdman

"Çelsi"-"Qarabağ" oyununa getmək istəyən Azərbaycan vətəndaşları üçün viza proseduru asanlaşdırılıb

"Çelsi"-"Qarabağ" oyununa getmək istəyən Azərbaycan vətəndaşları üçün viza proseduru asanlaşdırılıb | FED.az
16:06 29 Avq 2017

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.

FED.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.

Digər xəbərlər