İdman

Beynəlxalq bank "Yuventus"la birgə layihələrə başlayır  

Beynəlxalq bank "Yuventus"la birgə layihələrə başlayır

  | FED.az
16:37 11 Aprel 2019

İtaliyanın “Yuventus” futbol klubunun azarkeşlərinə Azərbaycan Beynəlxalq Bankından maraqlı xəbər var. FED.az xəbər verir ki, “Yuventus”un regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla birgə layihələrə start verəcək. Bu çərçivədə bank və klubun müştərək brendləşdirilmiş (cobrand) debet kartları buraxılacaq. Özəl dizaynla hazırlanmış və üzərində Azərbaycan Beynəlxalq Bankı ilə “Yuventus”un loqoları olan bu kartlarla müştərilər istədikləri kart ödəniş əməliyyatlarını həyata keçirə biləcəklər. Kartların məhdud sayda  hazırlandığını və ona böyük müştəri marağını nəzərə alaraq bank yaxın vaxtlarda bu özəl kartların əvvəlcədən satışını elan edəcək. Belə ki, qabaqcadan sifariş edən müştərilər bu kartın ilk sahibləri ola biləcəklər.  
Bundan başqa, bankın sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən izləyicilər arasında maraqlı müsabiqələr keçiriləcək. Müsabiqə qaliblərinə üzərində  “Yuventus”un birinci heyətindəki futbol ulduzlarının orijinal imzaları olan köynəklər hədiyyə ediləcək.
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib: “Bu layihələr, düşünürük ki, xüsusilə ölkəmizdəki “Yuventus” azarkeşləri arasında xoş bir sürpriz kimi qarşılanacaq. Regional partnyorluq çərçivəsində reallaşdırdığımız birgə layihələrlə sevimli klublarını “Yuventus” azarkeşləri üçün yaxın və əlçatan edəcəyik”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

Digər xəbərlər