Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 14-də dərc olunacaq siyahının təxmini variantı bəllidi.
Avqust cədvəli ilə müqayisədə təxmini siyahıda bir çox dəyişikliklər olub. Buna DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəb olub.
Dəyişikliklər Azərbaycan millisindən də yan keçməyib. Norveçə 0:2 hesabı ilə uduzub, San-Marinonu 5:1 hesabı ilə yenən Robert Prosineçkinin yetirmələrinin bu iki nəticəsi yekunda uğursuzluqla nəticələnib.
Belə ki, xal hesabı 427-dən 388-ə qədər azalan komandamız mövqeyini də əldən verib. Ötən ay dünyanın 79-cusu olan yığmamız təxmini siyahıda 92-cidi.
Bu isə o deməkdi ki, Azərbaycan iki oyunda 13 pillə geriləyib.
Düzdü, millimiz ötən ayla müqayisədə bir komandanı – daha çox geriləyən Syerra-Leoneni keçib. Əvəzində 14 komandadan - Fələstin, Keniya, İraq, Benin, Estoniya, Finlandiya, Kuraçao, Liviya, Qabon, Zambiya, Suriya, Norveç, Kipr və Kabo-Verdedən geri düşüb.
Millimiz və “qonşular”ı
88 (91). Benin – 400
88 (102). İraq – 400
88 (82). Keniya – 400
91 (93). Fələstin - 389
92 (79). Azərbaycan – 388
93 (89). Farer adaları – 384
94 (92). Qvineya-Bissau – 381
95 (81). Konqo – 378
96 (95). Kanada - 368
Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. Düzdü, “onluğ”un tərkibində dəyişiklik olmayıb, amma burdakı komandaların hamısının yeri dəyişib. Yığmamızın qrupdakı rəqibi Almaniya isə Braziliyanı arxada qoyaraq, təxmini siyahısının liderinə çevrilib.
İlk “onluq”
1 (2). Almaniya – 1606
2 (1). Braziliya – 1590
3 (6). Portuqaliya – 1386
4 (3). Argentina – 1325
5 (9). Belçika – 1265
6 (5). Polşa - 1250
7 (4). İsveçrə - 1210
8 (10). Fransa – 1208
9 (7). Çili – 1250
10 (8). Kolumbiya – 1191
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız San-Marinonun mövqeyi dəyişməz qalıb. Almaniya 1, Şimali İrlandiya 3, Norveç 12 pillə irəliləyib. Çexiya isə 18 addım geri düşüb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
1 (2). Almaniya – 1606
20 (23). Şimali İrlandiya - 945
58 (40). Çexiya - 630
73 (85). Norveç - 472
204 (204). San-Marino – 12
Qeyd edək ki, qonşu Türkiyə yığması 33-cü yerdən 27-ciyə yüksəlib. “Ay-ulduzlular”ın təxmini cədvəldəki hesabında 826 xal var.