İdman

100 milyon dolları var, bir qəpik də - XƏRCLƏMİR

100 milyon dolları var, bir qəpik də - XƏRCLƏMİR | FED.az
21:15 17 Dek 2018

İrlandiyalı döyüşçü Konor Makqreqorla bağlı maraqlı faktlar üzə çıxıb.
 
FED.az-ın məlumatına görə, idmançının məşqçisi Con Kavana Konorun 100 milyon dollara sahib olmasına baxmayaraq, sadə həyat tərzi sürdüyünü bildirib.
 
ELƏCƏ DƏ BAX: Azərbaycanda futbolçular nə qədər qazanır?
 
Viski markası olan, lüks avtomobillərdən enməyən və brend geyimlər geyinən Makqreqor bir qəpik də xərcləmir. Bütün bunları o, reklamlardan əldə edir.
 
Konorun qumar kimi pis vərdişdən də uzaq olduğunu bildirən Kavana onun çox sadə evi olduğunu və bahalı restoranlarda şam etmək əvəzinə, evdə xanımının hazırladığı yeməklərə üstünlük verdiyini söyləyib.
 
Qeyd edək ki, “Forbes”ə görə Konor Makqreqorun sərvəti 100 milyon dollardır.
 
 

Digər xəbərlər

Banner