Hüquq

Məşhur sement zavodunun 55 minlik iddiası ilə bağlı - MƏHKƏMƏ QƏRARI

Məşhur sement zavodunun 55 minlik iddiası ilə bağlı - MƏHKƏMƏ QƏRARI | FED.az
18:05 14 Mart 2020

Bakı Kommersiya Məhkəməsində “Norm” ASC-nin “İnpeks.N” MMC-yə qarşı mülki iddiasına baxılıb.

Eləcə də bax: Azərbaycanda şirkət - 1,2 MİLYON MANAT CƏRİMƏLƏNDİ

FED.az “report”a xəbərinə görə, hakim Zaur Pirverdiyevin sədriyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, “Norm” ASC-nin “İnpeks.N” MMC-yə qarşı 54 990 manat 58 qəpik məbləğində pulun birdəfəlik tutularaq iddiaçıya ödənilməsi qət edilib.

Cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, qiyabi qətnamə çıxarılıb.

Qeyd edək ki, “Norm” ASC iddiasında “İnpeks.N” MMC-dən 21,125.90 manat borcun, 33,674.68 manat cərimənin, 160 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 54,990.58 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçıya ödənilməsini istəyib.

İddiaya səbəb müqavilədə nəzərdə tutulan qaydada “Norm Klass A” və “Norm Klass C500” sement məhsullarının dəyərinin ödənilməməsi ilə bağlıdır.

“Norm” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı İdə qeydə alınıb və 2008-ci ildən sement zavodu kimi fəaliyyət göstərir.

Digər xəbərlər