Banner

Hadisə

Bakının mərkəzində - BİNA YANIR - FOTO

Bakının mərkəzində - BİNA YANIR - FOTO | FED.az
08:43 3 Aprel 2019

Bakıda Mədəniyyət evində yanğın hadisəsi baş verib.

FED.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində baş verib.

Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Artıq binadakı yanğın söndürülüb. Hadisə nəticəsində mərkəzin 50 kv.metrlik sahəsi yanıb, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Eləcə də bax: Nazir zəlzələ və “Diqlas” yanğınıyla bağlı iclas keçirdi - FOTOLAR​




 

Digər xəbərlər

Banner