Hadisə

Bakıda şirkət binasının qarovulçusu - FACİƏLİ ŞƏKİLDƏ ÖLÜB

Bakıda şirkət binasının qarovulçusu - FACİƏLİ ŞƏKİLDƏ ÖLÜB | FED.az
09:55 3 Dek 2019

Bakıda şirkət binasının qarovulçusu lift şaxtasına düşərək ölüb.

FED.az xəbər verir ki,  hadisə dekabrın 2-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.

Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR

Belə ki, Canpolad Qurbanov qarovulçu qismində işlədiyi “Abşeron Construction” inşaat şirkətinə məxsus Naxçıvani küçəsi 103 ünvanında yerləşən “Nakhchivani Residence” binasında lift şaxtasına düşməsi nəticəsində vəfat edib.

Faktla bağla Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir.

Eləcə də bax: Bakıda karxanada işçi ölüb - AİLƏSİ NƏ QƏDƏR KOMPENSASİYA ALMALIDIR?

Report

Digər xəbərlər

Banner