Hadisə

Bakıda "Qoşa çinar" restoranı - YANDI

Bakıda "Qoşa çinar" restoranı - YANDI | FED.az
08:33 21 Noy 2019

Bakının Binəqədi rayonunda yanğın baş verib.

FED.az xəbər verir ki, hadisə Biləcəri dairəsi yaxınlığında, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Qoşa çinar" restoranında qeydə alınıb.

Eləcə də bax: Bakının məşhur restoranı sökülür - FOTOLAR

Bildirilir ki, yanğın restoranın manqal üçün nəzərdə tutulmuş tüstü bacasından başlayıb. Sonradan yanğının sahəsi artıb və elektrik enerjisi kəsilib.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.

Apa

Digər xəbərlər