Bakıda əhəngdaşı karxanasında 58 yaşlı kişi kombaynın altında qalaraq ölüb.
FED.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR
Belə ki, orada yerləşən “Karvansaray” əhəngdaşı karxanasında kombaynçı işləyən Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Əliəfsər Qurban oğlu karxanada işləyərkən daşkəsən kombayn relsdən çıxıb.
Ə.Əhmədov relsdən çıxan kombaynı relsin üzərinə qaldırmaq istəyərkən kombayn anidən hərəkətə başlayıb. Nəticədə Ə.Əhmədov kombaynın altında qalıb.
Faktla bağlı Qaradağ ayon prokurorluğunda cinayət işi açılıb.
Qafqazinfo