2024-cü ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 1 milyon 489 min dollar dəyərində 1 709 ton nar ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 1 milyon 877 min dollar (2,3 dəfə), miqdar ifadəsi ilə 981 ton (36,5%) azalıb.
2023-ci ilin yanvar ayında xaricə 3 milyon 365 min ABŞ dolları dəyərində 2 min 691 ton nar ixrac edilmişdi.
Beləliklə bir ton narın ixrac qiyməti bu il 871 dollar, ötən ilin müvafiq dövründə 1 251 dollar təşkil edib. Bu göstərici son bir ildə 380 dollar, başqa sözlə 30,4% azalıb.
Başqa sözlə, 2024-cü ilin yanvarında 1 kiloqram narın orta ixrac qiyməti 1,48 manat olub. 2023-cü ilin yanvarında isə bu rəqəm 2,13 manat idi.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan xaricə ümumi dəyəri 30 milyon 641 min ton olan 28 min 628 ton nar ixrac edib. Nəticədə 2023-də narın 1 kiloqramının orta ixrac qiyməti 1,07 dollar və ya 1,82 manat təşkil edib.
2024-cü ilin yanvar ayında narın ümumi ixracda xüsusi çəkisi 0.08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,67%-ə bərabər olub.
2023-cü ilin yanvar ayında isə narın ümumi ixracda xüsusi çəkisi 0,18%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,18%-ə bərabər olmuşdu.