2024-cü ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 17 milyon 57 min dollar dəyərində 21 min 65 ton XURMAixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 6 milyon 244 min dollar (57,7%), miqdar ifadəsi ilə 6 950 ton (49,2%) artıb.
2023-ci ilin yanvar ayında xaricə 10 milyon 813 min ABŞ dolları dəyərində 14 min 115 ton xurma ixrac edilmişdi.
Beləliklə bir ton xurmanın ixrac qiyməti bu il 810 dollar, ötən ilin müvafiq dövründə 766 dollar təşkil edib. Bu göstərici son bir ildə 44 dollar, başqa sözlə 5,7% artıb.
Bu da o deməkdir ki, 1 kq xurmanın ixracı hesabat dövründə 1,38 manat, ötən ilin müvafiq dövründə isə 1,30 manat idi.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 0.93%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 7,68%-ə bərabər olub.
2023-cü ilin yanvar ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 0,58%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,80%-ə bərabər olub.