2024-cü ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 6 milyon 141 min dollar dəyərində 9 min 429 ton alma ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 1 milyon 94 min dollar (21,7%), miqdar ifadəsi ilə 1 402 ton (17,5%) artıb.
2023-ci ilin yanvar ayında xaricə 5 milyon 47 min ABŞ dolları dəyərində 8 min 28 ton alma ixrac edilmişdi.
Beləliklə bir ton almanın ixrac qiyməti bu il 651 dollar, ötən ilin müvafiq dövründə 629 dollar təşkil edib. Bu göstərici illik müqayisədə 23 dollar, başqa sözlə 3,6% çoxdur.
Bu da o deməkdir ki, 1 kq almanın orta ixrac qiyməti 2024-cü ilin yanvar ayında 1,11 manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 1,07 manat idi.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında almanın ümumi ixracda xüsusi çəkisi 0.34%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 2,79%-ə bərabər olub.
2023-cü ilin yanvar ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,27%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,77%-ə bərabər olub.