2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan xarici ölkələrə 161 milyon 983 min dollar dəyərində 140 min 588 ton pomidor ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 5 milyon 625 min dollar (3,4%), miqdar ifadəsi ilə 831 ton (0,6%) azalıb.
2022-ci ilin yanvar-dekabr aylarında xaricə 167 milyon 608 min ABŞ dolları dəyərində 141 min 419 ton pomidor ixrac edilmişdi.
Beləliklə bir ton pomidorun ixrac qiyməti bu il 1 152 dollar, ötən ilin müvafiq dövründə 1 185 dollar təşkil edib. Bu göstərici son bir ildə 33 dollar, başqa sözlə 2,8% azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.48%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 4,84%-ə bərabər olub.
2022-ci ilin ilin yanvar-dekabr aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0,44%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 5,50%-ə bərabər olub.