2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan xarici ölkələrə 30 milyon 930 min dollar dəyərində 71 min 192 ton kartof ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 4 milyon 191 min dollar (11,9%), miqdar ifadəsi ilə 7 109 ton (9,1%) azalıb.
2022-ci ilin yanvar-dekabr aylarında xaricə 35 milyon 121 min ABŞ dolları dəyərində 78 min 301 ton kartof ixrac edilmişdi.
Beləliklə bir ton kartofun ixrac qiyməti bu il 434 dollar, ötən ilin müvafiq dövründə 449 dollar təşkil edib. Bu göstərici son bir ildə 14 dollar, başqa sözlə 3,1% azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında kartofun ümumi ixracda xüsusi çəkisi 0.09%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,92%-ə bərabər olub.
2022-ci ilin ilin yanvar-dekabr aylarında kartofun ümumi ixracda xüsusi çəkisi 0.09%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.15%-ə bərabər olub.