Bu ilin yanvar-iyun aylarında Azərbaycanın gömrük orqanları tərəfindən 16 645 hüquqpozma faktı aşkar edilib.
Dövlət Gömrük Komitəsi 6 ayda büdcə öhdəliyini 100 % icra edib
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu barədə gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin nəticələrinə dair açıqlanan hesabatda deyilir.
Bildirilib ki, bu faktlardan 670-i cinayət xarakterli faktlar olub. Cinayət xarakterli faktların növ tərkibi üzrə qaçaqmalçılıq 79, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədilə saxlama və ya idxal etmə 52, xarici valyuta vəsaitlərini xaricdən qaytarmama 495, gömrük ödənişlərinin ödənilməsindən yayınma 6 və digər cinayət xarakterli faktlar üzrə 52 qeydə alınıb.
Bu ilin birinci yarımilində icraatına xitam verilmiş 4 cinayət işi və 4 cinayət xarakterli material üzrə dövlət mülkiyyətinə vurulmuş 988 min 265,1 manat ümumi ziyanın 857 min 183,78 manatlıq hissəsi və ya 86,73 %-i ödətdirilib. Bu, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.