2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min dollar dəyərində 4 min 411 ton ət idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 3 milyon 659 min dollar yəni 74,9%, miqdar ifadəsi ilə təxminən 1 719 ton (63,8%) artıb.
Ötən ilin müvafiq dövründə 4 milyon 882 min dollar məbləğində 2 min 692 ton ət gətirilib.
1 ton ətin idxal qiyməti bu il 1 937 dollar, ötən ilin eyni dövründə isə 1 814 dollar təşkil edib. Qiymətlərdə 123 dollar və ya 6,8% bahlaşma qeydə alınıb.
Bu da o deməkdir ki, bir kq ətin idxalı cari ilin yanvar ayında 3,29 manat, ötən iln müvafiq dövründə isə 3,08 manata başa gəlib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən ətin dəyəri Azərbaycanın ümumi idxalının 0,75%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,35%-nə bərabər olub.