2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 2 milyon 511 min dollar dəyərində 2 802 ton nar ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 426 min dollar və ya 2,4 dəfə, miqdar ifadəsilə 1 720 ton və ya 38% azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk iki ayında Azərbaycandan xaricə 5 milyon 937 min dollar dəyərində 4 min 522 ton nar ixrac olunmuşdu.
2024-cü ilin ilk 2 ayında Azərbaycandan 1 kq narın xaricə satışı üzrə orta qiymət 0,90 dollar və ya 1,52 manat təşkil edib. Xatırladaq ki, ötən il bu qiymət 1,31 dollar və ya 2,23 manat olmuşdu.
Başqa sözlə, ötən illə müqayisədə bu il Azərbaycandan narın orta satış qiyməti 32% aşağı düşüb.