2024-cü ilin yanvar-aylarında Azərbaycandan xaricə 34 milyon 908 min dollar dəyərində 612 milyon 654 min kvt/saat həcmində elektrik enerjisi ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Əvvəlki illə müqayisədə gəlirlər 192 milyon 318 min dollar (6,5 dəfə), elektrik enerjisinin həcmi isə 1 milyard 118 milyon 297 min kvt/saat (2,8 dəfə) azalıb.
2023-cü ilin yanvar-fevral aylarında 227 milyon 226 min dollarlıq 1 milyard 730 milyon 951 min kvt/saat həcmində elektrik enerjisi ixracı edilib.
İxracın və gəlirlərin azalması fonunda xaricə satılan elektrik enerjisinin ixrac qiymətində də azalma müşahidə olunub.
Belə ki, hər min kvt/saat elektrik enerjisinin orta ixrac qiyməti hesabat dövründə 57 dollar (97 manat) olub.
2023-cü ilin yanvar-fevral aylarında isə orta ixrac qiyməti 131 dollar (223 manat) idi.
Beləliklə son bir il ərzində Azərbaycanın xarici ölkələrə satdığı elektrik enerjisi 74 dollar və ya 126 dollar, başqa sözlə 2,3 dəfə ucuzlaşıb.
2024-cü ilin ilk 2 ayının nəticələrinə görə, elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,73 %, qeyri-neft sektoru üzrə ixracında isə 7,67 % paya malik olub.
Keçən ilin müvafiq dövründə isə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 5,03%, qeyri-neft sektoru üzrə ixracında isə 34,88% paya malik olub.