2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 199 min dollar dəyərində 626 ton kartof ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14 min dollar və ya 7,4%, miqdar ifadəsilə 241 ton və ya 62% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk iki ayında Azərbaycandan xaricə 185 min dollar dəyərində 385 ton kartof ixrac olunmuşdu.
2024-cü ilin ilk 2 ayında Azərbaycandan 1 kq kartofın xaricə satışı üzrə orta qiymət 0,32 dollar və ya 0,54 manat təşkil edib. Xatırladaq ki, ötən il bu qiymət 0,48 dollar və ya 0,82 manat olmuşdu.
Başqa sözlə, ötən illə müqayisədə bu il Azərbaycandan kartofnın orta satış qiyməti 34% aşağı düşüb.