2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 2 milyon 140 min dollar dəyərində 2 914 ton şəkər ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon 245 min dollar və ya 3,5 dəfə , miqdar ifadəsilə 7 125 ton və ya 3,4 dəfə azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk iki ayında Azərbaycandan xaricə 7 milyon 385 min dollar dəyərində 10 039 ton şəkər ixrac olunmuşdu.
2024-cü ilin ilk 2 ayında Azərbaycandan 1 kq şəkərın xaricə satışı üzrə orta qiymət 0,73 dollar və ya 1,25 manat təşkil edib. Xatırladaq ki, ötən il bu qiymət 0,74 dollar və ya 1,25 manat olmuşdu.
Başqa sözlə, ötən illə müqayisədə bu il Azərbaycandan şəkərin orta satış qiyməti 0,2% aşağı düşüb.