2023-cü ildə Rusiyadan Azərbaycana 13 milyon 540 min dollar dəyərində 8 min 428 ton toyuq əti gətirilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2022-ci illə müqayisədə toyuq ətinə çəkilən xərclər 673,4 min dollar (5,2%), idxalın edilmiş toyuq ətinin miqdarı 2006 ton (31,2%) artıb.
Qeyd edək ki, 2022-ci ildə 12 min 867 min dollarlıq 6 min 422 ton toyuq əti gətirilmişdir.
Bu da o deməkdir ki, 2023-cü ildə idxal edilmiş toyuq ətinin hər tonu 1 607 dollar, kiloqramının qiyməti isə 2,73 manat təşkil edib.
2022-ci ildə bu göstərici hər ton üzrə 2 004 dollar, həı kq üçün 3,40 manat təşkil edib.
Qiymətlərdə son bir ildə 397 dollar (hər kq üçün 0,68 manat) və ya 19,8% ucuzlaşıb.