2023-cü ildə aylarında Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 597 ton kərə yağı idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 15 milyon 765 min dollar yəni 14,6%, miqdar ifadəsi ilə təxminən 1 966 ton ( 10,6%) azalıb.
Əvvəlki ilin müvafiq dövründə 108 milyon 182 min dollar məbləğində 18 min 563 ton kərə yağı gətirilib.
2021-ci ildə isə 71 milyon 922 min dollar dəyərində 13 min 697 ton kərə yağı gətirilmişdi.
1 ton kərə yağının idxal qiyməti ötən il 5 568 dollar, 2022-ci ildə, 5 828 dollar, 2021-ci ildə 5 251 dollar təşkil edib. Qiymətlərdə 2022-ci ilə nisbətən 259 dollar və ya 4,5% ucuzlaşma qeydə alınıb.
Bu da o deməkdir ki, 1 kq kərə yağının idxal qiyməti 2023-cü ildə 9,47 manat, 2022-ci ildə 9,91 manat, 2021-ci ildə isə 8,93 manat olub.
Hesabat dövründə ən çox kərə yağı Yeni Zelandiyadan gətirilib.
Bu ölkədən idxal olunan kərə yağına çəkilən xərclər son bir il ərzində 433,7 min dollar (1%) azalsa da, miqdarda 409 ton (6,3%) artım qeydə alınıb.
Yeni Zelandiyadan idxal edilmiş kərə yağının 1 kiloqramı 2023-cü ildə 6,17 manata, 2022-ci ildə 6,63 manata başa gəlib. Qiymətlərdə 0,46 manat (6,8%) ucuzlaşma qeydə alınıb.
Azərbaycan İrandan aldığı kərə yağına çəkdiyi son bir ildə 4 milyon 159 min dollar, aldığı yağın miqdarını isə 811 ton azaldıb.
İrandan gətirilmiş 1 kq yağın orta idxal qiyməti isə 2023-cü ildə 4,28 manata, 2022-ci ildə 4,40 manata başa gəlib. İl ərzində 0,11 manat və ya 2,6% ucuzlaşma baş verib.
Hesabat dövründə ən aktiv kərə yağı idxalçılarından biri də Ukrayna olub ki, bu ölkədən gətirilən kərə yağının dəyəri 853,1 min dollar (11,7%), miqdarı isə 46 ton (3,9%) azalıb.
Bu ölkədən gətirilmiş 1 kq yağın orta idxal qiyməti isə 2023-cü ildə 5,60 manata, 2022-ci ildə 6,09 manata başa gəlib. İl ərzində 0,49 manat və ya 8,1% ucuzlaşma baş verib.
Ümumiyyətlə Azərbaycan 2023-cü ildə ən bahalı kərə yağını kiloqramı 19 manat olmaqla, Niderlanddan, ən ucuzunu isə 7 manat olmaqla İrandan alıb.
Daha ətraflı aşağıdakı cədvəldə:
s/n |
Ölkələr |
Miqdar (kq) |
Dəyər (dollar) |
1 ton kərə yağının orta qiyməti (dollar) |
1 kq kərə yağının orta qiyməti (manat) |
1 |
Niderland |
500 |
$5,500 |
$11,000 |
19 ₼ |
2 |
Latviya |
3 490 |
$31,430 |
$9,006 |
15 ₼ |
3 |
Türkiyə |
77 800 |
$655,970 |
$8,431 |
14 ₼ |
4 |
Litva |
14 540 |
$113,830 |
$7,829 |
13 ₼ |
5 |
İtaliya |
3 930 |
$29,410 |
$7,483 |
13 ₼ |
6 |
Fransa |
317 790 |
$2,331,570 |
$7,337 |
12 ₼ |
7 |
Finlandiya |
668 440 |
$4,576,070 |
$6,846 |
12 ₼ |
8 |
Almaniya |
415 110 |
$2,673,290 |
$6,440 |
11 ₼ |
9 |
Belçika |
180 240 |
$1,143,080 |
$6,342 |
11 ₼ |
10 |
Yeni Zelandiya |
6 876 220 |
$42,451,550 |
$6,174 |
10 ₼ |
11 |
Belarus |
902 330 |
$5,442,780 |
$6,032 |
10 ₼ |
12 |
Ukrayna |
1 154 830 |
$6,460,320 |
$5,594 |
10 ₼ |
13 |
Polşa |
57 640 |
$319,650 |
$5,546 |
9 ₼ |
14 |
Rusiya |
36 620 |
$173,930 |
$4,750 |
8 ₼ |
15 |
İran |
5 253 470 |
$22,506,040 |
$4,284 |
7 ₼ |