2023-cü ildə Azərbaycandan 30 milyard 550 milyon 508 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. Bu ümumi ixracın 90,12 faizini təşkil edib.
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu ümumi ixracın 90,12 faizini təşkil edib.
2023-cü ildə neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 2022-ci illə müqayisədə 4 milyard 548 milyon 448 min dollar və ya 13% azalıb.
Qeyd edək ki, 2022-ci ildə neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycanın ixracı cəmi ixracın 92,01%-ni təşkil etmişdi.