Dünya bazarında neftin ucuzlaşması davam edir.
Eləcə də bax: Azərbaycan nefti ötən həftə 4%-dək - UCUZLAŞIB
FED.az xəbər verir ki, artıq neft Rusiya-Ukrayna müharibəsindən əvvəlki həddə düşüb.
Bu gün isə Brent markalı neftin qiyməti daha bir həddə enib. Birjalarda Brent neftinin 1 bareli 1,43% ucuzlaşaraq 83,81 dollara enib. Yanarın 14-dən biri ilk dəfədir ki, Brent 84 dollardan aşağı enir.
WTI nefti isə 1,36% azalaraq 77,67 dollara enib.
Qeyd edək ki, Azərbaycan neftinin də qiyməti enməkdədir. Hələlik bu gün üçün qiymətlər məlum deyil – sabah məlum olacaq. Amma Azeri light nefti ötən həftəni 89,81 dollar qiymətlə başa vurmuşdu.
Xatırladaq ki, dövlət büdcəsində edilən dəyişikliklərdən sonra büdcədə neftin bir barelinin qiyməti 85 dollara yüksəldilib.
İndi isə qiymətlər bu həddə yaxınlaşır. Brent neftinin qiyməti hazırda 84 dollardan da ucuzdur. Amma adətən Azərbaycan nefti Brent markalı neftdən 2-4 dollar arasında daha bahalı olur. Neftin ucuzlaşmasının səbəbi, Qərb ölkələrində, xüsusilə də Avropada iqtisadi böhran gözləntiləridir.